AZ

İngiltərədə bu şəxslərə siqaret satışı ömürlük qadağan edildi

İngiltərə 2009-cu ildən sonra doğulanların siqaret çəkməsinin qarşısını almaq üçün qanun imzalayıb. Parlamentin təsdiq etdiyi “Siqaretsiz nəsil” qanununa əsasən, 2009-cu ildən sonra doğulanlara siqaret satışı ömürlük qadağan edilib.

 

Sfera.az xəbər verir ki, bu barədə Britaniya parlamenti qərar qəbul edib.

 

Həmin qərara görə, 2009-cu il yanvarın 1-dən sonra doğulanlar ömürləri boyu siqaret ala bilməyəcəklər. Qanun siqareti deyil, tütün məmulatlarının satışını qadağan edir. Tütün və ya elektron siqaret satılan bazarlar aşkarlanarsa dərhal 100 funt sterlinq cərimə tətbiq ediləcək.

 

Qeyd edək ki, siqaretin qadağan edilməsində məqsəd, minlərlə insanın həyatını xilas etmək və ölkədə səhiyyə sisteminin yükünü azaltmaqdır.

 

Asya

Seçilən
110
23
Mənbələr
Şərh ()
Bağla