AZ

İşğal altında olan Krımda Rusiya ordusunun əsas logistika mərkəzi od tutub yanır

 
"Peyk şəkillərində Cankoy hava limanında altı güclü yanğın ocağı qeydə alınıb..."
 
Rusiyalıların işğal etdiyi Krımda yerləşən Cankoy şəhərində aprelin 17-də gecə partlayışlar eşidilib və böyük yanğın baş verib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Astra" müstəqil jurnalistlər layihəsi məlumat verib. Məlumatı "dw.com" nəşri yayıb.
 
Yerli sakinlər məlumat verib ki, partlayışlar səhər saat 4 radələrində, ilk partlayış təxminən saat 03:40-da eşidilib. Yerli hərbi hava limanında dərhal yanğın baş verib.
 
"Krımskiy veter" nəşri dəqiqləşdirib ki, Cankoy hava limanında Rusiyanın Cənub Hərbi Dairəsi HHQ və HHM-in 4-cü komandanlığı 27-ci qarışıq aviasiya diviziyası 39-cu helikopter alayı, üç aviasiya eskadrilyası yerləşir.
 
Cankoy sakinləri yazır ki, yaxınlığında hərbi hava limanının yerləşdiyi Pobednoye kəndinə aparan yol bağlanıb. 
 
Döyüş sursatlarının detonasiyası davam edir. İlhaq edilmiş regionun üzdəniraq "hakimiyyəti" rəsmən bu hadisəni şərh etməyib.
 
"Krımskiy veter" VIIRS/Suomi NPP peykinin məlumatlarını dərc edib, burada Rusiyanın Cankoy hərbi hava limanında altı güclü yanğın ocağı qeydə alınıb.
 
Peyk şəkli saat 03:41-də çəkilib və bu, yerli sakinlərin partlayışlar barədə məlumatı ilə üst-üstə düşür.
 
"Qeyd edək ki, hava limanında təkcə zərbə helikopterləri yerləşmir. Uçuş sahəsində C-300/C-400-ün buraxılış qurğuları qeydə alınıb", - jurnalistlər əlavə edib.
 
"Krım. Realii" nəşri 2022-ci ilin dekabrında yazıb ki, Xersondan geri çəkiləndən sonra Cankoydakı hava limanı Rusiya ordusunun əsas logistika mərkəzi və zərbə helikopterlərinin yerləşdiyi yerə çevrilib. 
 
Prezident Vladimir Zelenski qeyd edib ki, Moskva "Krımı özünün hərbi bazasına çevirib".
 
O cümlədən aprel ayında partizanlar Cankoyda mülki infrastrukturun yaxınlığında Rusiyanın hərbi anbarını aşkar edib. Şəhərdə güclü hava hücumundan müdafiə sistemi qovşağı yerləşdirilib.
Seçilən
23
Mənbələr
Şərh ()
Bağla