AZ

“AFB Bank”ın faiz gəlirləri artıb - HESABAT

Azərbaycanın aparıcı banklarından olan “AFB Bank” 2024-cü ilin I rübünün maliyyə nəticələrini açıqlayıb.

FED.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bankın faiz gəlirləri 5 milyon 777 min manat, xərcləri isə 1 milyon 362 min manat olub.

İllik müqayisədə gəlirlər 1 milyon 521 min manat, yəni, 36%, xərclər isə 403 min manat 42% artıb.

Faiz gəlirlərinin 4 milyon 304min manatı müştərilərə verilmiş kreditlərdən əldə edilən gəlirlər hesabına formalaşıb ki, bu da illik müqayisədə 1 milyon 232 min manat (40%) çoxdur.

Bankın xalis faiz gəlirləri isə 4 milyon 415 min manat təşkil edib. Bu da son bir ildə 1 milyon 118 min manat və ya 34% çoxdur.

Xəbər yenilənəcək...

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla