AZ

Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib - Hikmət Hacıyev

Bakı. Trend:

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - AzərbaycanRespublikası Prezidentinin Administrasiyasının Xarici siyasətməsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiyasülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması barədəməlumatla əlaqədar AZƏRTAC-ın sualını cavablandırıb.

- Mediada gedən məlumata və Rusiya Federasiyasıtərəfindən verilmiş rəsmi açıqlamaya görə, Azərbaycan ərazisindəmüvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının çıxarılmasıprosesinə başlanılmışdır. Bu məlumatı necə şərhedərdiniz?

- 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanataəsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraqyerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizinərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin alirəhbərliyi tərəfindən qərar qəbul edilmişdir. Artıq prosesbaşlanılmışdır, Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həminqərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər.

Qeyd edək ki, Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Rusiyasülhməramlı kontingentinin Qarabağdan çıxarılmasınıtəsdiqləyib.

Xatırladaq ki, ötən gün sosial şəbəkələrdə Rusiya sülhməramlıkontingentinə məxsus hərbi texnikaların Azərbaycandan çıxmasıprosesini əks etdirən kadrlar yayılsa da bununla bağlı hər hansıbir rəsmi açıqlama yox idi.

Əlavə edək ki, rus sülhməramlılar 10 apreldə Kəlbəcərdə yerləşənXudavəng monastır kompleksini tərk edib. Hazırda Xudavəngmonastrını Azərbaycan polisi mühafizə edir.

Seçilən
50
45
Mənbələr
Şərh ()
Bağla