AZ

“Mən ölkə çempionu olanda birinci yerə 300 manat verilmişdi” – Rauf niyə çempionata qatılmayıb?

Aprelin 11-də kişi şahmatçılar arasında ölkə çempionatına start verilib.

İki mərhələdə keçiriləcək yarış 9 tur davam edəcək və ilk 4 yerin sahibi ikinci mərhələdə yarımfinal və finalda çempionluq uğrunda mübarizəni davam etdirəcək. Maraqlıdı ki, son çempion Vasif Durarbəyli, eləcə də ölkənin ən güclü şahmatçılarından Rauf Məmmədovla Qədir Hüseynov iştirakçılar arasında yoxdu. Bəs Raufun yoxluğunun səbəbi nədi? Yoxsa onu da 30 min manatlıq mükafat fondu (qalibə 12 min manat çatacaq) qane etməyib? Şahmatçının "Football-plus.az"a söylədikləri:

"30 min yaxşı mükafat fondudu. Buna heç bir sözüm yoxdu. Söhbət puldan getmir. Mən ölkə çempionu olanda birinci yerə 300 manat verilmişdi. Yarışa qatılmamağımın xüsusi səbəbi yoxdu. Hazırda Bakıda deyiləm. İnşallah, gələn illərdə yenidən oynayacam. Sadəcə, indi hazır deyildim".

GÜNAY SÜLEYMANOVA
Seçilən
62
Mənbələr
Şərh ()
Bağla