AZ

Deputat: “Azərbaycan COP29-a çox ciddi hazırlaşır”

“BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu il Azərbaycanda keçiriləcək. Bu onu göstərir ki, beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi dövlətimiz iqlim dəyişikliyi ilə bağlı qlobal məsələlərin həllinə böyük önəm verir və bu istiqamətdə əməli işlər görür”.

Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib. 

O qeyd edib ki, COP29 kifayət qədər mühüm əhəmiyyətə malik tədbirdir: 

“Azərbaycanın imici üçün bu tədbir çox vacibdir. Hər bir dövrün aktual problemləri var. Xüsusilə də iqlim məsələsi günümüzün ən aktual problemidir. Bu problemin də məhz bizim məkanda diqqətə çatdırılması olduqca müsbət haldır. Buna görə də tədbirin keçirilməsinin ölkəmiz üçün böyük tarixi əhəmiyyəti olacaq. 

Azərbaycan COP29-a çox ciddi hazırlaşır. Vətəndaş cəmiyyəti institutları, dövlət qurumları tədbirə hazırlıq işlərinə məsuliyyətlə yanaşır. İnanıram ki, müsbət nəticələr əldə olunacaq. Tədbirdə müzakirə olunacaq mövzular həm dünyamız, həm də ölkəmiz üçün mühümdür”.


Törə Zeynallı
Demokrat.az
Seçilən
38
Mənbələr
Şərh ()
Bağla