AZ

Cəmil Məmmədliyə 6 il 2 ay həbs verildi

Hədə-qorxu ilə tələb etmə, dələduzluq və xuliqanlıq ittihamı ilə mühakimə edilən jurnalist Cəmil Məmmədlinin məhkəməsi başa çatıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. 

Hökmə əsasən C.Məmmədli 6 il 2 ay azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, Cəmil Məmmədli ibtidai istintaq dövründə azadlıqda olub. O, prokurorun və zərərçəkmişlərin vəsatəti əsasında məhkəmədə həbs edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
44
32
Mənbələr
Şərh ()
Bağla