AZ

İsrailin Fələstinə hücumu ilə bağlı xəbərlərdə bu ifadə məhdudlaşdırıldı

ABŞ-nin aparıcı media qurumlarından olan \"The New York Times” əməkdaşlarına İsrailin Qəzzaya hücumları ilə bağlı xəbər mətnlərində \"soyqırım”, \"etnik təmizləmə” kimi ifadələrdən istifadə etməməyi tapşırıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, dünyaca məşhur NYT İsrailin Fələstinə və Qəzzaya hücumları ilə bağlı xəbər mətnləri üçün əməkdaşları üçün söz bələdçisi hazırlayıb.

Bələdçidə Qəzzaya hücumlar üçün \"soyqırım\" və \"etnik təmizləmə\" ifadələrindən istifadə edilməməsi, nadir hallarda Fələstin yazılması və istifadə edilməməsi ilə bağlı göstərişlər verilib. 

Bələdçi onu da bildirib ki, 1948-ci ildən Birləşmiş Millətlər Təşkilatı tərəfindən istifadə edilən \"qaçqın düşərgələri” ifadəsi xəbərlərdə yer almamalıdır.

NYT-də İsrailin Fələstinə hücumlarında istifadə edilən dillə bağlı müzakirələrin aparıldığı iddia edilərkən bələdçidə \"qırğın” kimi sözlərin məlumatdan çox duyğuları ifadə etdiyi iddia edilib.

Nəzrin
Seçilən
35
1
Mənbələr
Şərh ()
Bağla