AZ

Yanacaqdoldurma məntəqələrində təmizlik: kim və necə icra etməlidir? - FOTO

Son günlər bəzi yanacaqdoldurma məntəqələrində (YDM) yanacağa su qatılması iddiaları sosial şəbəkəni ciddi şəkildə məşğul edib. Hətta YDM-lərdən biri çənə su qarışdığını etiraf etdi. Bəs belə bir hal nə dərəcədə normaldır? Çənə su necə qarışa bilər? Ümumilikdə YDM-lərdə təmizlik necə aparılmalıdır? Bu sahədə beynəlxalq təcrübə necədir?

Avtosfer.az xəbər verir ki,  Avropa ölkələrində YDM-lərin təmizliyi 2 qrupa bölünür. Ofis, xidməti otaqlar və iş yerlərinin təmizliyini personal özü həyata keçirə bilər və burada xüsusi tələb yoxdur. Yanacağın satıldığı ərazi isə xüsusi ixtisaslaşmış müəssisələr tərəfindən maşınlarla həyata keçirilir. Burada toplanan zibil xüsusi konteynerlərə yığılaraq poliqona ayrıca daşınır. Belə təmizləmə zamanı satış dayandırılır. 
Nəhayət, gəldik işin ağır hissəsinə: çənlərin və satış aparatlarının təmizlənməsi. Bu proses müəyyən cədvəl üzrə periodik aparılır. İş riskli olduğu üçün əraziyə kənar şəxslərin və nəqliyyat vasitələrinin girişi qadağan edilir. Çənlər təmizləndikdən sonra satış aparatlarının da borulıarı, filtrlər, su ayıran separatorlar təmizlənir. İş prosesində yaranan tullantı xüsusi texnika ilə kənara daşınaraq utilizasiya olunur. 

Bakıda belə bir məqsədlə hansısa YDM-də satışın dayandığını görmüsünüzmü? O ki qaldı çənlərə su dolmasına, COP-29 zirvəsinə hazırlıq getdiyi vaxtda belə bir açıqlamanı yalnız təxribat adlandırmaq mümkündür.

Vüqar

FOTO QALEREYA
Seçilən
33
Mənbələr
Şərh ()
Bağla