AZ

Hədəfim dördüncü dəfə Avropa çempionu olmaqdır - Hidayət Heydərov

Bakı. Trend:

Avropa çempionatına hazırlıqları davam edirik.

Trend istinadən xəbər verirki, bunu İdman.biz-ə Azərbaycan millisinin cüdoçusu HidayətHeydərov (73 kq) deyib.

O bildirib ki, Zaqrebdə keçiriləcək Avropa çempionatına tamhazır yollanacaq: “Gündə iki dəfə məşq edirəm. Həftədə isə bu say10-a çatır. Həm fiziki, həm də taktiki cəhətdən tam yaxşı formadaolmaq üçün səylə çalışırıq. Hər bir məşq mənim üçün önəmlidir”.

Heydərovun sözlərinə görə, bu il onun üçün əsas yarış Paris-2024Yay Olimpiya Oyunları olsa da, Avropa çempionatı da vacibdir: “Əsasməqsədim Olimpiadadır. Ancaq bu yarışa da yaxşı hazırlaşmışam.Burada isə əsas hədəfim dördüncü dəfə Avropa çempionu olmaqdır.İnanıram ki, bu arzuma çatacam və bu titulu da qazanacam. Özümü buyarış üçün tam formada hiss edirəm”.

3 qat Avropa çempionu yarışa gələcək hər bir rəqibinə hörmətləyanaşdığını deyib: “Fikrimcə, birinci görüşdən sona kimi hər birrəqib önəmldir. Çünki zəif rəqib yoxdur. Bu çəkidə lider olduğumdanhamı məni udmaq üçün hazırlaşır”.

Qeyd edək ki, Avropa çempionatı aprelin 25-27-də Xorvatiyanınpaytaxtı Zaqrebdə baş tutacaq.

Seçilən
28
Mənbələr
Şərh ()
Bağla