AZ

Reklam Agentliyinin İdarə Heyətinin yeni sədri kollektivə təqdim edilib

Bakı. Trend:

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin İdarəHeyətinin yeni sədri Fərhad Əsgər oğlu Adıgözəlov bu gün kollektivətəqdim olunub.

Trend xəbər verir ki, Fərhad Adıgözəlovu kollektivə AzərbaycanRespublikası Prezidentinin köməkçisi – PrezidentAdministrasiyasının İqtisadi məsələlər və innovativ inkişafsiyasəti şöbəsinin müdiri Şahmar Mövsümov təqdim edib.

Xatırladaq ki, aprelin 16-da Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyevin imzaladığı sərəncamla Fərhad Əsgər oğluAdıgözəlov Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyininİdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.

Seçilən
17
26
Mənbələr
Şərh ()
Bağla