AZ

Qərb Azərbaycanla münasibətlərinə xələl gətirəcək hər hansı addımdan çəkinməlidir - ŞƏRH

Qazaxıstan prezidenti Kasım Jomart Tokayevin Ermənistana səfəri böyük maraq doğurub.

Bunu Trend-in suallarını cavablayarkən UNEC-in Türk Dünyası İqtisad Fakültəsinin dekanı, Uludağ Universitetinin professoru Mehmet Yüce deyib.

Onun sözlərinə görə, bu səfər Cənubi Qafqazda getdikcə təcrid olunan və yeritdiyi yanlış siyasət ucbatından dünya ictimai rəyində getdikcə etibarını itirən Ermənistanın Qazaxıstan vasitəsilə balansı bərpa etmək cəhdi kimi şərh edilməlidir.

"Bu səfəri Ermənistanın Qazaxıstan vasitəsilə Türk Dövlətləri Təşkilatı və Azərbaycanla əlaqələr qurmaq cəhdi kimi qiymətləndirmək mümkündür. Əslində, Tokayev mətbuata açıqlamasında bu məsələni belə ifadə edib: "Qazaxıstan Azərbaycanın strateji tərəfdaşıdır, biz bir-birimizə tarixi köklərlə bağlıyıq, Türk Dünyasının inteqrasiyasında maraqlarımız üst-üstə düşür". Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması məsələsinə toxunan Tokayev qeyd edib ki, Qazaxıstan iki ölkəyə sülh danışıqları üçün şərait yaratmağa hazırdır.

Digər tərəfdən, Avropa Ermənistanı açıq şəkildə dəstəkləsə də, Cənubi Qafqazda, xüsusilə enerji sahəsində əsas rol oynayan Azərbaycanla münasibətlərinə xələl gətirəcək hər hansı addımdan çəkinməlidir.

Nəticədə, regionda getdikcə təcrid olunan və Aİ-dən kifayət qədər konkret dəstək ala bilməyən Ermənistan Qazaxıstan vasitəsilə həm Türk Dövlətləri Təşkilatı (TDT), həm Rusiya, həm də Azərbaycanla münasibətləri bərpa etmək istəyir. Qazaxıstan, şübhəsiz ki, Ermənistanla münasibətlərini regionun sabitliyi və Azərbaycanın prioritetləri oxunda inkişaf etdirəcək", - deyə o bildirib.

Seçilən
29
4
Mənbələr
Şərh ()
Bağla