AZ

Qırğızıstanda "TikTok"a giriş məhdudlaşdırılacaq

Bakı. Trend:

Qırğızıstanda "TikTok"a giriş məhdudlaşdırılacaq.

Bu barədə Trend-ə Qırğızıstan Rəqəmsal İnkişaf Nazirliyindəntəsdiqləyiblər.

Bildirilib ki, Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin ölkəərazisində "TikTok" sosial şəbəkəsi ilə bağlı əsaslandırılmışqərarına əsasən, göstərilən xidmətə çıxışı məhdudlaşdırmaq üçünrabitə sahəsində tənzimləmə və nəzarət xidməti telekommunikasiyaoperatorlarına məktub göndərib.

"Qərarın qəbul edilməsinə sosial şəbəkənin "QırğızıstanRespublikasında uşaqların sağlamlığına, onların fiziki,intellektual, əqli, mənəvi və əxlaqi inkişafına zərərin qarşısınınalınması üzrə tədbirlər haqqında" qanuna əməl etməməsi səbəbolub.

Qeyd edək ki, bu, Qırğızıstanda "TikTok"u blok etməklə bağlı ilkcəhd deyil. 2023-cü ilin avqustunda Qırğızıstan MədəniyyətNazirliyi "TikTok" sosial şəbəkəsini bloklamaq barədə qərar qəbuledib, lakin sosial şəbəkə ölkədə bloklanmayıb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Seçilən
72
20
Mənbələr
Şərh ()
Bağla