AZ

Millinin rəqibi üçün iki sınaq

Azərbaycan yığmasının Millətlər Liqasındakı rəqibi Slovakiya millisi yayda yoldaşlıq oyunları keçirəcək.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda iyunun 5-də San Marino, 9-da isə Uelslə qarşılaşacaq. Bu barədə Slovakiya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Azərbaycan yığması slovaklara qarşı ilk oyunu sentyabrın 8-də Bakıda keçirəcək. Komandalar arasındakı ikinci görüş oktyabrın 14-də Slovakiyada olacaq.
Seçilən
69
Mənbələr
Şərh ()
Bağla