AZ

Dövlət Agentliyinin yeni sədri kollektivə təqdim edilib

Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin yeni sədri Fərhad Əsgər oğlu Adıgözəlov bu gün kollektivə təqdim olunub.

Bu barədə Modern.az-a Agentliyin mətbuat xidmətindən məlumat verilib.

Fərhad Adıgözəlovu kollektivə Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov təqdim edib.

Xatırladaq ki, aprelin 16-da Prezident İlham Əliyevin imzaladığı sərəncamla Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.

Seçilən
83
13
Mənbələr
Şərh ()
Bağla