AZ

“Ürəyi” olan yeganə planet - Plutonun böyük sirri üzə çıxdı

İsveçrə alimləri Plutonda Tombo kimi tanınan nəhəng ürək formalı bölgənin necə əmələ gəldiyini üzə çıxarıblar.

Teleqraf.com xəbər verir ki, araşdırma zamanı “Plutonun ürəyi”nin” qeyri-homogen olduğu bəlli olub.

Tombonun qərb hissəsi və ya Arbanyak vadisi 2.4 milyon kvadrat kilometr əraziyə malikdir və Avropa ərazisinin 25 faizinə bərabərdir. Digər hissələrdən 3-4 km alçaqdır, üzəri ağ azotlu buzla örtülüdür. Tombonun şərq hissəsi də ağ azotlu buzla zəngindir, amma burada buz təbəqəsi daha incədir. Bunun səbəbi hələ də məlum deyil.

Elm adamları müəyyən ediblər ki, “Plutonun ürəyi” cırtdan planetlə irimiqyaslı kosmik obyektin toqquşması nəticəsində yaranıb. Tədqiqatçıların gəldiyi nəticəyə görə, Pluton ilkin dövrlərində radiusu 700 km olan kosmik cisimlə toqquşub.

Plutonun nüvəsi o qədər soyuq olub ki, zərbənin gətirdiyi istiyə baxmayaraq, səthi əriməyib. Həmçinin aşağı sürət səbəbindən bu cisim planetin nüvəsinə nüfuz edə bilməyib.

Elm adamları həmin meteoritin qalıqlarının hələ də Arbanyak vadisində qaldığını deyirlər.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
136
47
Mənbələr
Şərh ()
Bağla