AZ

Qərb Azərbaycanla münasibətlərinə xələl gətirəcək hər hansı addımdan çəkinməlidir - ŞƏRH

Bakı. Trend:

Qazaxıstan prezidenti Kasım Jomart Tokayevin Ermənistana səfəriböyük maraq doğurub.

Bunu Trend-in suallarını cavablayarkən UNEC-in TürkDünyası İqtisad Fakültəsinin dekanı, Uludağ Universitetininprofessoru Mehmet Yüce deyib.

Onun sözlərinə görə, bu səfər Cənubi Qafqazda getdikcə təcridolunan və yeritdiyi yanlış siyasət ucbatından dünya ictimai rəyindəgetdikcə etibarını itirən Ermənistanın Qazaxıstan vasitəsiləbalansı bərpa etmək cəhdi kimi şərh edilməlidir.

"Bu səfəri Ermənistanın Qazaxıstan vasitəsilə Türk DövlətləriTəşkilatı və Azərbaycanla əlaqələr qurmaq cəhdi kimiqiymətləndirmək mümkündür. Əslində, Tokayev mətbuata açıqlamasındabu məsələni belə ifadə edib: “Qazaxıstan Azərbaycanın stratejitərəfdaşıdır, biz bir-birimizə tarixi köklərlə bağlıyıq, TürkDünyasının inteqrasiyasında maraqlarımız üst-üstə düşür”.Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasıməsələsinə toxunan Tokayev qeyd edib ki, Qazaxıstan iki ölkəyə sülhdanışıqları üçün şərait yaratmağa hazırdır.

Digər tərəfdən, Avropa Ermənistanı açıq şəkildə dəstəkləsə də,Cənubi Qafqazda, xüsusilə enerji sahəsində əsas rol oynayanAzərbaycanla münasibətlərinə xələl gətirəcək hər hansı addımdançəkinməlidir.

Nəticədə, regionda getdikcə təcrid olunan və Aİ-dən kifayətqədər konkret dəstək ala bilməyən Ermənistan Qazaxıstan vasitəsiləhəm Türk Dövlətləri Təşkilatı (TDT), həm Rusiya, həm dəAzərbaycanla münasibətləri bərpa etmək istəyir. Qazaxıstan,şübhəsiz ki, Ermənistanla münasibətlərini regionun sabitliyi vəAzərbaycanın prioritetləri oxunda inkişaf etdirəcək", - deyə obildirib.

Məqalədə:
Seçilən
32
4
Mənbələr
Şərh ()
Bağla