AZ

"Fransanın Azərbaycandakı səfirini geri çağırması Qərbdə anti-azərbaycançı qüvvələrin fəallaşmasının bariz göstəricisidir" - Politoloq

Fransa Azərbaycandakı səfirini geri çağırıb.

Mövzu ilə bağlı BiG.AZ-a danışan politoloq Elşən Manafov bildirib ki, Fransanın Azərbaycan Respublikasındakı öz səfirini geri çağırması Qərbdə anti-azərbaycançı qüvvələrin fəallaşmasının bariz göstəricisidir:
"Adətən səfirlər dövlətlərarası munasibətlərdə ciddi böhran yaşandığı hallarda geri çağırılır.Fransanın Azərbaycana münasibətində kəskin dönüş ölkəmizin 44 günlük müharibədə Ermənistan üzərində əldə etdiyi qələbədən sonra baş vermişdir.Bu mənada Fransa Senatının qondarma Dağlıq Qarabağ Respublikasının müstəqilliyini tanıması barədə qərar separatizmə dəstək olmaqla yanaşı beynəlxalq hüquqa zidd bir addım olmuş,Azərbaycan-Fransa münasibətlərinə ciddi ziyan vurmuşdur.Fransanın uzun müddət ATƏT-in Minsk Qrupunda vasitəçi dövlətlərdən biri olduğu nəzərə alınarsa, bu, Fransanın vasitəçi tərəf kimi obyektiv mövqe sərgiləyəcəyini ciddi şübhə altına almışdır.
Bununla belə rəsmi Bakı münasibətlərə səbr və təmkinli yanaşmış,rəsmi Bakıya ünvanlanmış çağırışlarında adətən onu dövlətlərarası münasibətlərə xələl gətirə biləcək addımlar atmaqdan çəkinməyi tövsiyyə etmişdir.
Senatın mövqeyi dövlətin siyasətinin həyata keçirilməsinə birbaşa məsul olan icra strukturlarının,xarici siyasət idarəsinin mövqeyi olmadığından rəsmi Bakı bir qayda olaraq dövlətlərarası münasibətlərə xələl gətirə biləcək addımlar atmamışdır.
Fransanın Azərbaycanda 200-dən yuxarı şirkəti,o cümlədən məşhur enerji şirkəti olan "Total" fəaliyyət göstərir.Təəssüf ki,Fransa hakimiyyəti bunları diqqət mərkəzindən kənarda saxlayaraq Fransadakı erməni diasporasının təsiri altında anti-azərbaycançı addımlar atmaqda davam etmişdir.İş o dərəcəyə çatdı ki, Azərbaycan Prezidenti İlham Əliyev Fransa prezidenti Makronun vasitəçi tərəf kimi danışıqlarda iştirak etməsinə etiraz etdi.
Fransa Kollektiv Qərbin bir hissəsi olaraq bölgənin geosiyasi konfiqurasiyasının Qərbin xeyrinə dəyişməsinə çalışır və bu məqsədlə Ermənistandan istifadə edir,hətta onu silahlandırır.Bununla da bölgədə sülh və sabitliyi təhdid edir.Onun hazırkı şəraitdə əsas missiyası Rusiyanı Ermənistandan sıxışdırıb çıxarılmasına nail olmaq,Ermənistan bazarında onun yerini tutmaqdır.Səfirin geri çağırılmasına isə rəsmi Bakının adekvat cavab verəcəyi istisna edilə bilməz".


BiG.Az
Seçilən
166
50
Mənbələr
Şərh ()
Bağla