AZ

"Azərbaycan da Fransadakı səfirini geri çağırmalıdır" - Politoloq

"Azərbaycan da Fransadakı səfirini geri çağırmalıdır" - Politoloq

Fransa Azərbaycandakı səfirini geri çağırıb. Bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. "Fransa Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib", - məlumatda vurğulanıb. Səfir Ann Buayonun artıq Fransada olduğu və prezident Emmanuel Makronun diplomatı qəbul etdiyi bildirilir. Belə bir zamanda Azərbaycan Fransadan səfirini geri çağıra bilərmi?

Məsələ ilə bağlı politoloq Məhəmməd Əsədullazadə Sonxeber.az-a açıqlama verib:

O bildirib ki, Azərbaycan da Fransadakı səfirini geri çağırmalıdır:

"Fransanın Azərbaycandakı səfirini geri çağırması əlbəttə ki, şərəfli əlaqələrin böhranda olduğunu və bu problemin Fransadan qaynaqlandığının sübutudur. Fransa ümumiyyətlə regionda sülhə mane olur. Ermənistanı silahlandırır. Ermənistanı hərbi siyasi dəstək verməklə bu ölkəni Azərbaycan ilə sülh prosesindən yayındırır. Azərbaycan ilə bağlı beynəlxalq müstəvidə ciddi şəkildə kampaniya aparır. Azərbaycana qarşı beynəlxalq təzyiqlərin formalaşması üçün ciddi işlər həyata keçirir.

Azərbaycan Fransanın müstəmləkəçilik siyasətinə qarşı beynəlxalq konfranslar təşkil edir. Fransa əsarətində olan xalqlara dəstək verir. Görünür bu məsələlər Fransa "narahatlıq" yaradıb. Fransa Azərbaycandakı səfirini geri çağırıb. Bu proses Fransanın Cənubi Qafqazda olan mövqeyinə böyük zərbə vuracaq. Regionun açar ölkəsi Azərbaycandır. Fransa buna görə ilk növbədə Azərbaycan ilə əlaqələrini inkişaf etdirməli idi. Düşünürəm ki, Azərbaycan da Fransadakı səfirini geri çağırmalıdır. Fransa ilə iqtisadə əlaqələri aşağı səviyəyə enməlidir".

Seçilən
150
50
Mənbələr
Şərh ()
Bağla