AZ

Azərbaycanın yaratdığı REALLIQLAR: Rusiya sülhməramlıları Qarabağdan çıxdı

 

“Azərbaycanın yaratdığı reallıqlar nəticəsində Rusiya sülhməramlıları ölkədən çıxdılar”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Rusiya sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsini Kremilin sözcüsü Dimitri Peskovun da təstiqləməsini şərh edən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev deyib.

Elşad Musayev bu hadisəni tarixi uğur adlandırıb.

“Partiya sədri xatırladıb ki, Rusiya sülhməramlıları 44 günlük müharibədən sonra Azərbaycana gəlmişdi.

“Sülhməramlılarının vəzifəsi bəlli idi, ancaq onlar fərqli işlər görürdülər. Bu da bizi narahat edirdi. Sonrakı mərhələdə hadisələrin gedişi göstərdi ki, Azərbaycan güclü dövlətdir. Azərbaycan artıq şərtləri qəbul etmir, şərt diqtə edir. Biz zamanında Rusiya sülhməramlılarının xidmət etdiyi yerləri götürdük, sərhəd keçid məntəqəsi qoyduq, sonda Xankəndi və ətraf bölgələrdə antiterror əməliyyatı keçirdik. Bundan sonra Rusiya sülhməramlılarının orada qalmasının heç bir mənası yox idi. Onların orada qalması üçün bəhanə lazım idi. Bunu isə biz onlara vermədik”, – deyə o əlavə edib.
E.Musayevin sözlərinə görə, Azərbaycan dövlət olaraq təmkinli davrandı:

“Baxmayaraq ki, ölkə daxilində olan xarici qüvvələrin əlaltıları çox pessimis əhval ruhiyyə yayırdılar. Deyirdilər, Azərbaycan hakimiyyətinin gücü, qüvvəsi yoxdur onları çıxarmağa. Hadisələrin gedişi göstərir ki, güc var imiş. Bizim mövqeyimiz də ondan ibarət idi ki, çıxacaqlar.

Azərbaycan xalqına təbrik düşür. Bundan sonra Zəngəzur dəhlizinin açılacağını da görəcəyik”.

Səxavət Məmməd

Seçilən
60
18
Mənbələr
Şərh ()
Bağla