AZ

Yaşıl çay içənlər daha çox yaşayır

Alimlər yaşıl çay sevənlərin niyə daha uzun yaşadıqlarını iddia ediblər.

Yenisabah.az xəbər verir ki, bu, Çin mütəxəssislərinin araşdırmalarının nəticəsidir.

Yaşıl çayın polifenollarla zəngindir. O, qan təzyiqini, qandakı lipidlər və lipoproteinlərin səviyyəsini aşağı salır. Üstəlik, ürək-damar xəstəliklərinin inkişafında ciddi bir amildir. Sözügedən fayda qara çayda yoxdur.

Alimlər bildirir ki, gündə 5 fincan və daha çox yaşıl çay içənlər gündə 1 fincandan az yaşıl çay içənlərə görə bütün xəstəliklərdən ölmə nisbətləri 16 faiz daha aşağıdır. Yəni Gündə 5 fincan çay içənlərin ölüm riskləri 16% azdır.

Yaşıl çay Alzheymer və Parkinson xəstəliklərinə səbəb olan faktorları aradan qaldırır

Yaşıl çay dəridə əmələ gələn qırışların qarşısını almaqda təsirlidir

Tərkibində mühüm antioksidant olan EGCG (epigallocatechingallate) var.

Tərkibində L-theanine olan yaşıl çay qan dövranı ilə beyinə çatır və insanların gün ərzində rahatlamasına, dincəlməsinə və özünü yaxşı hiss etməsinə kömək edir.

Tərkibindəki C vitamini immunitet sistemini gücləndirir və xəstəliklərə qarşı qalxan rolunu oynayır. Polifenollarla zəngin olan yaşıl çayın tərkibindəki fenolik birləşmələr onun antioksidant qabiliyyətini artıraraq immuniteti gücləndirir. Yaşıl çayda həmçinin niasin, riboflavin, fol turşusu, kalium, maqnezium və flüor var.

Tərkibindəki kofein sayəsində insana canlılıq verir və yorğunluğu aradan qaldırmağa kömək edir.

Tərkibindəki katexinlər kapilyarları gücləndirir, antioksidan xüsusiyyətləri sayəsində radiasiyaya, mikroblara və bakteriyalara qarşı qoruyucu təsir göstərir.

Yaşıl çayın faydalarıdan biri də müntəzəm olaraq istehlak edilərsə, bədən yağını azaltmağa kömək etməsidir.

Ağız qoxusunun qarşısını almaqda təsirlidir. Yaşıl çay ağızda olan bakteriyaların dişlərə yapışıb çoxalmasının qarşısını alaraq diş çürüməsinə qarşı qoruyur.

Kimlər yaşıl çaydan uzaq durmalıdır?

Ürək-damar xəstəlikləri, böyrək xəstələri və qalxanabənzər vəzinin disfunksiyası olan insanlar bu çayı içməmişdən əvvəl həkimlərinə müraciət etməlidirlər.

Panik atak kimi problemləri olanlar diqqətlə içməlidir.

Hamilə qadınlara davamlı olaraq yaşıl çay içmək məsləhət görülmür.


Telegram kanalımız
Seçilən
73
Mənbələr
Şərh ()
Bağla