AZ

Ukrayna səfirinin Azərbaycanda diplomatik missiyası başa çatır

Bakı. Trend:

Ukraynanın Azərbaycan Respublikasındakı Fövqəladə vəSəlahiyyətli Səfiri kimi ezamiyyətim başa çatır.

Trend xəbər verir ki, bu barədə Ukrayna səfiri VladislavKanevski Azərbaycanda diplomatik missiyasının başa çatması iləbağlı "Facebook" hesabında qeyd edib.

O qeyd edib ki, bu, suverenliyini və ərazi bütövlüyünü bərpaetmiş, sürətlə inkişaf edən bir ölkədə diplomatik həyatımın parlaq,məzmunlu və səmərəli dövrü idi.

"Mən Azərbaycan və burada yaşayan insanlar haqqında çox müsbəttəəssüratlarla vətənə qayıdıram. Azərbaycanlılara öz ölkələrininzəngin tarixini, mədəniyyətini və adət-ənənələrini daha yaxındantanımağa, Azərbaycana rəğbət hissini inkişaf etdirməyə köməketdiklərinə görə minnətdaram. Azərbaycanlılar, siz çoxgözəlsiniz!

Tale mənə Ukraynanın dostları və öz ölkəsinin vətənpərvərləri,əsl peşəkarları ilə ünsiyyət və işləmək fürsəti verdi, onlarladövlətlərimiz arasında strateji tərəfdaşlığı möhkəmləndirdik, yenisəmərəli ikitərəfli əməkdaşlıq mexanizmləri yaratdıq.

Fəxr edirəm ki, kadensiyam müddətində Ukraynanı Azərbaycandalayiqincə təmsil edən qurumlar yaradıldı və fəaliyyəti təminedildi, məsələn: Ukrayna Ticarət Evi, Ukraynanın Fəxri Konsulluğu,Ukrayna Mərkəzi.

Mən şadam ki, Ukrayna diasporu ölkənin çoxmillətli mühitində özmilli kimliyini qoruyub saxlamağın qayğısına qalaraq özünütəmizləyərək güclənib.

Sevinirəm ki, Azərbaycanda Ukrayna mərkəzlərinin, mədəni-maarifocaqlarının coğrafiyası genişlənib.
Səfirliyin Ukraynanın tanıdılması üzrə layihələrinin həyatakeçirilməsində, rusiyanın Ukraynaya qarşı tammiqyaslı işğalındanəziyyət çəkən həmvətənlərimə yardım göstərmək məqsədi ilə könüllühərəkatlarının təşkilində fəal dəstəyə görə Azərbaycandakı Ukraynaicmasına minnətdaram.

Bu gün Azərbaycanda Ukrayna haqqında daha çox məlumatlıdırlar vədövlətimizə hər cür humanitar və digər yardım göstərən, eynizamanda Ukraynanın bərpası layihələrində fəal iştirak edən ölkənininformasiya məkanında Rusiyanın təcavüzü və təcavüzkarın törətdiyicinayətlər haqqında həqiqətin səsi yüksək səslə eşidilir.

Dost Azərbaycanda Ukraynanı təmsil etmək mənim üçün şərəf idi!Buna ailəmin güclü dəstəyi kömək etdi: məni ruhlandıran həyatyoldaşım, anam və oğlum mənə güc və irəli getmək üçün inam verdi.Bütün diplomatik komandamıza xüsusi təşəkkür edirəm!", - deyə səfirəlavə edib.

Məqalədə:
Seçilən
55
28
Mənbələr
Şərh ()
Bağla