AZ

Kreml TƏSDİQLƏDİ: Sülhməramlılar Qarabağdan çıxır

Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya sülhməramlı kontingentinin Azərbaycanın Qarabağ regionundan çıxarılmasına başlanıldığını təsdiq edib.
 
Moderator.az-ın məlumatına görə, o, bunu Rusiya KİV-lərinin sualını cavablandırarkən deyib.
 
“Bəli, bu, belədir”, - deyə Peskov vurğulayıb.
 
Onun sözlərinə görə, artıq Rusiya sülhməramlılarının şəxsi heyət və hərbi texnikalarının Qarabağdan çıxarılmasına başlanıb.
 
Qeyd edək ki, ötən gün Rusiya sülhməramlılarının Azərbaycan ərazisini tərk etməsinə dair görüntülər yayılmışdı.
 
Seçilən
54
Mənbələr
Şərh ()
Bağla