AZ

Çin ABŞ-dan onun hüquq və maraqlarına hörmət etməyi tələb edib

Çin Müdafiə Nazirliyinin rəhbəri Donq Jun Amerika Birləşmiş Ştatlarından ÇXR-in Cənubi Çin dənizindəki hüquq və maraqlarını nəzərə almağı tələb edib. "Yeni Azərbaycan" Çin Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, bu barədə o, Pentaqonun rəhbəri Lloyd Ostinlə söhbəti zamanı bildirib.

"Birləşmiş Ştatlar Çinin qəti mövqeyini tanımalı və Çinin Cənubi Çin dənizindəki ərazi suverenliyinə, dəniz hüquqlarına və maraqlarına həqiqətən hörmət etməlidir".

Xatırladaq ki, bundan əvvəl ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bəyan edib ki, Çin Rusiyaya hərbi-sənaye kompleksini yeniləmək üçün materiallar göndərib.
 

Havar Şəfiyeva  

Seçilən
190
50
Mənbələr
Şərh ()
Bağla