AZ

Bu şəxslərə siqaret satışı ömürlük qadağan edildi

İngiltərədə 2009-cu ildən sonra doğulan şəxslərə siqaret satışı ömürlük qadağan edilib.

Demokrat.az
xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.

Bildirilib ki, “Siqaretsiz nəsil” yaradılması təşəbbüsü çərçivəsində 2009-cu il yanvarın 1-dən sonra doğulanlara siqaret satışı qadağan edilib. 

Ötən gün axşam saatlarında təsdiqlənən qanunla bu il 15 yaşı tamam olan uşaqlar ömürləri boyu siqaret ala bilməyəcəklər. 

Qanun layihəsi İcmalar Palatasında 383 deputatın təsdiqi ilə qəbul edilib, 67 deputat isə qanun layihəsinə qarşı çıxıb. 

Qanun hakim Mühafizəkarlar Partiyası daxilində mübahisə yaradıb.


Aysu
Demokrat.az
Seçilən
100
11
Mənbələr
Şərh ()
Bağla