AZ

Altay Bayındır yenidən Türkiyə Super Liqasına qayıdır

Mövsümün əvvəlində "Fənərbağça"dan "Mançester Yunayted"ə transfer olunan, lakin oynamaq şansı olmayan Altay Bayındır Super Liqaya qayıdır.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, “Trabzonspor” Altay Bayındırla görüşüb və anlaşıb.

Mövsümün sonunda Uğurcan Çakırla yollarını ayırmağa qərar verən trabzonlular onun yoxluğunu Altay Bayındırla dolduracaq.

Bildirilir ki, "Mançester Yunayted" də Altay Bayındırı göndərməyə razıdır və klub bu transferdən 3 milyon avro qonorar əldə edəcək.

Qeyd edək ki, mövsümün əvvəlində İngiltərə nəhəngi "Mançester Yunayted"ə 5 milyon avroya transfer olunan Altay Bayındır İngiltərədə gözlədiyini tapa bilməyib. Altay yalnız İngiltərə kubokunun 4-cü turunda "Nyuport"la matçda "Mançester"in formasını geyinə bilib. Qolkiperin 2 qol buraxdığı görüşdə "Mançester Yunayted" 4:2 hesabı ilə qalib gəlib.

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla