AZ

Daha bir faciə: 26 yaşlı futbolçu oyun vaxtı...

Futbol dünyasında daha bir faciə yaşanıb.

Publika.az xəbər verir ki, İtaliya beşinci liqasında çıxış edən “Kastelfiorentino Yunayted 1925”-in oyunçusu Mattia Cani “Lansiotto Kampi” ilə matçda huşunu itirib. Tibbi personal dərhal müdaxilə edib. Həkimlər defibrilatordan istifadə etməklə ürək masajına başlayıblar. 26 yaşlı futbolçu bütün cəhdlərə baxmayaraq, özünə gəlməyib.

Oyunçu dərhal xəstəxanaya çatdırılıb. Bir neçə saat ərzində həkimlər italyan futbolçunun həyatı üçün mübarizə aparıblar. Bununla belə, Caninin xilas etmək mümkün olmayıb.

Futbolçunun ölüm səbəbinin ürək çatışmazlığı olduğu bildirilib. 26 yaşlı futbolçunun əvvəllər də oxşar problemləri olub-olmadığı məlum deyil. İtaliya prokurorluğu hadisə ilə bağlı araşdırmaya başlayıb.

Seçilən
30
Mənbələr
Şərh ()
Bağla