AZ

"Manipulyasiya elementləri çoxdur" - Nazir sosial medianı tənqid etdi

“Media insanların həyatında, büövlükdə cəmiyyətin inkişafında böyük rol oynayır. İnformasiyanın sürətli inkişafı isə media üçün yeni imkanlar açıb. Eyni zamanda, insanların həyatına sosial medianı gətirib. Sosial şəbəkələr mobildir, əlçatandır, hər bir istifadəçiyə öz fikrini çatdırmaq imkanı verir”.

Bakupost.az xəbər verir ki, bunu Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev DOST TV-nin fəaliyyətə başlaması haqda danışarkən deyib.

Nazir təəssüflə qeyd edib ki, sosial media həm də saxta xəbərlərin məkanıdır:

“Amma sosial media həm də saxta xəbərlərin, feyk-nyusların geniş yayıldığı bir məkandır. Manipulyasiya elementləri çoxdur”.

R.Nəbiyev ənənəvi medianın, xüsusilə televiziyanın etibarlı informasiya mənbəyi olaraq üstünlüyünü hələ də qoruyub saxladığını vurğulayıb:

"Ötən ilin sonlarında Azərbaycanda keçirilən sorğunun nəticələri göstərdi ki, ölkə vətəndaşlarının məlumat mənbələri arasında televiziya ilk yerdədir. Respondentlərin 82 faizi televiziya kanallarını izlədiklərini bildirdilər. Müasir dövrdə ənənəvi televiziya kanalları da internet texnologiyasının üstünlüklərindən istifadə edib öz tamaşaçı auditoriyasını genişləndirir”.

Vasif
BakuPost
Seçilən
145
21
Mənbələr
Şərh ()
Bağla