AZ

Bankdan ŞOK GÖRÜNTÜLƏR: Ölmüş əmisini gətirib, kredit almaq istədi

Braziliyada bir bankda cib telefonu ilə lentə alınan görüntülər qısa zamanda sosial mediada trend mövzusuna çevrilsə də, istifadəçilərin əksəriyyəti daha əvvəl belə bir hadisəni nə eşitdiklərini, nə də görmədiklərini bildiriblər.

Yenicag.az xəbər verir ki, gənc qadın ölmüş əmisini banka gətirib, kredit götürməyə çalışıb. Əlil arabasında olan şəxsin öldüyünü anlayan səlahiyyətlilər dərhal polisə məlumat veriblər.

Bank işçilərinə sərt reaksiya verən qadın qısa müddətdə yaxalanarkən, mobil telefonu ilə çəkilən görüntülərdə bank işçilərini aldatmağa çalışan qadının əmisinin sağ olduğu görüntüsünü vermək üçün çox səy göstərdiyi görünür.

 

Seçilən
98
6
Mənbələr
Şərh ()
Bağla