AZ

“Xarkovun ikinci Hələbə çevrilməsini istəmirsinizsə…” – Merdən təsirli müraciət

“Ukraynanın Xarkov şəhəri ikinci Hələb şəhərinə çevrilə bilər”

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu fikri Xarkov şəhərinin meri İqor Terexov deyib.

Onun sözlərinə görə, əgər ABŞ Konqresi təcili olaraq hava hücumundan müdafiə sistemlərinin təmin edilməsi üçün lazım olan yeni hərbi yardım paketinə səs verməsə, bu, baş verəcək.

Mer qeyd edib ki, təcavüzkar ölkə taktikasını dəyişib. Rusiya yaşayış məntəqələrini atəşə tutmaqla şəhərin elektrik təchizatını məhv etməyə və onun 1,3 milyon sakinini qorxutmağa çalışır. Bu səbəbdən Xarkov sakinləri bir neçə saat dalbadal elektrik enerjisinin kəsilməsi ilə üzləşirlər.

Mer Qərbi diqqəti iki illik müharibəyə yönəltməyə çağırıb  və bildirib ki, ABŞ-nin 60 milyard dollarlıq hərbi yardım paketinin ukraynalılar üçün kritik əhəmiyyəti var: “Xarkovun ikinci Hələbə çevrilməsinin qarşısını almaq üçün bu dəstəyə ehtiyacımız var”.

Xatirə SADİQ,

KONKRET.az

Seçilən
17
Mənbələr
Şərh ()
Bağla