AZ

Devid Kemeron: Britaniya İrana qarşı razılaşdırılmış sanksiyalar görmək istəyir

Devid

London, 17 aprel, AZƏRTAC

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron İranın İsrailə hücumundan sonra gərginliyi azaltmaq və ölkə liderləri ilə danışıqlar aparmaq məqsədilə bu gün Təl-Əvivə səfər edib.

AZƏRTAC xəbər verir ki, Kemeron jurnalistlərə açıqlamasında İranın hücumuna cavab olaraq israillilərin hərəkətə keçmək qərarına gəldiyini qeyd edib. “Ümid edirik ki, onlar bunu mümkün qədər az eskalasiyaya səbəb olacaq şəkildə edəcəklər”,- deyə baş nazir bildirib.

O, Böyük Britaniyanın İrana qarşı razılaşdırılmış sanksiyalar görmək istədiyini də vurğulayıb.

Devid Kemeron Böyük Yeddilik Qrupu ölkələrinin xarici işlər nazirlərinin İtaliyadakı görüşü ərəfəsində deyib ki, G7 tərəfindən İrana aydın və birmənalı mesaj verilməlidir.

 
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
60
2
Mənbələr
Şərh ()
Bağla