AZ

YAP Nizami rayon təşkilatında buraxılış imtahanında 300 bal toplayan abituriyentlərlə görüş keçirilib

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatında Dövlət İmtahan Mərkəzinin 10 mart 2024-cü il tarixində keçirdiyi buraxılış imtahanında 300 bal toplayan 62 saylı məktəb-liseyin şagirdi Rəsul Həsənli, Kimya-biologiya təmayüllü liseyin şagirdi Həmidə Məmmədsoy və 238 saylı orta məktəbin şagirdi Nərmin Cəfərova ilə görüş keçirilib.

“İki sahil” xəbər verir ki, görüşdə bildirilib ki, bu günə qədər keçirilmiş iki buraxılış imtahanında maksimum nəticəni göstərən - 300 bal toplayan abituriyentlərin ölkə üzrə sayı 53 nəfərdir. Onlardan 3 nəfəri isə Bakı şəhəri, Nizami rayonunun məktəblərinin yetirmələridir.

YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov abituriyentlərə uğurlar və qarşıdakı növbəti imtahan mərhələsində də ən yüksək nəticəni əldə etməyi arzu edib. Məktəblərin rəhbərlikləri, abituriyentlər və onların valideynləri də öz növbələrində yaradılan təhsil şəraitinə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Sonra həm abituriyentlərə, həm də məktəblərin kollektivinə təşəkkür edilib, hədiyyələr təqdim olunub.

Seçilən
61
Mənbələr
Şərh ()
Bağla