AZ

58 yaşında karyerasını bərpa etdi

Braziliya millisinin sabiq üzvü Romario karyerasını 58 yaşında bərpa edib.

Msport.az “A Bola”ya istinadən xəbər verir ki, o, oğlu ilə eyni klubda oynayacaq.

Belə ki, Romario prezidenti olduğu “Amerika Rio-de-Janeyro” ilə müqavilə imzalayıb. Veteran futbolçu bu klubda minimum maaş alacaq və onu da kluba bağışlayacaq. “Amerika de Rio-de-Janeyro”da Romarionun oğlu Romarinyo da forma geyinir.

Komanda hazırda D Seriyasında mübarizə aparır.

Seçilən
59
6
Mənbələr
Şərh ()
Bağla