AZ

"Qərbin Ukraynaya silah verməməsi Putinin qələbəyə yolunu açır" - "Politico"

 
"Əgər Ukrayna NATO və Avropa İttifaqından uzaqda qələbə ilə məğlubiyyət arasında ilişib qalarsa, bu, yenə də Putin üçün qələbə demək olacaq..."
 
Putinin Ukraynanın müqaviməti və Qərbin dəstəyinin qarşısının ala bilməsinə stavka etməsi özünü doğrulda bilər
 
Ukrayna hərbçiləri etiraf edir ki, bu yay yeni itkilər qaçılmazdır, məsələ bunun nə dərəcədə ciddi olacağındadır.
 
Moderator.az xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.
 
Əgər yaxın zamanlarda cəbhədə vəziyyət dəyişməsə, Ukrayna indiki halında yalnız keçmişdə qala bilər. Söhbət təkcə Ukrayna qüvvələrinin döyüş sursatlarının tükənməsində deyil.
 
Qərb yardımının lənğiməsi o deməkdir ki, ölkənin qələbəsi üçün zəruri və mərmilərdən də vacib olan döyüş ruhu da sarsıla bilər.
 
Ukraynalı hərbçilər özəl söhbətlərində etiraf edir ki, bu yay itkilər qaçılmaz olacaq. Məsələ bunun nə dərəcədə ciddi olacağındadır. Çünki Vladimir Putin öz məqsədinə, demək olar ki, heç vaxt bu qədər yaxın olmayıb, nəşr qeyd edir.
 
Məqalədə deyilir ki, belə əhəmiyyətli müharibə üçün Qərb liderlərinin Kiyevə yardım məsələsində fəaliyyət dairəsi onların ritorikasına heç də uyğun gəlmir. Və getdikcə Putinin Ukrayna müqaviməti və Qərbin dəstəyinin qarşısını ala biləcəyinə stavka etməsi, görünür, özünü doğruldacaq.
 
"Qərbin müasir silahları və pul vəsaitləri olmadan Ukrayna Putin qüvvələrinin hazırda işğalda saxladığı ərazilərini azad edə bilməyəcək. Bu, Putinə
qarşıdakı aylar və ya illərdə ölkəni terrora məruz qoymaq imkanı verəcək. Hətta Rusiya Ukraynanı məhv edə bilməsə də, qismən qələbə Kiyevin Avropa İttifaqı və NATO-ya daxil olmaq ümidlərini tükdən asılı edəcək".
 
Bu zaman belə nəticələr dünya üçün çox ciddi olacaq. Putin ölkə daxilində qələbəyə iddia edəcək və Qərbin zəifliyindən ruhlanaraq özünün xaricdə böyük imperiya ambisiyalarını daha da fəallaşdıra biləcək. Litva, Latviya və Estoniya onun bu ambisiyalarının qurbanı olacağından xüsusilə ehtiyat edir.
 
Ukrayna geri çəkilməmək üçün yollar axtarır
 
Nəşrlə söhbətində Ukraynanın siyasi liderləri etiraf edib ki, ictimai ovqat aşağı düşür, hamının nikbinliyini qoruyub saxlamağa çalışmasına rəğmən, hər söhbətdə Qərblə bağlı məyusluq sezilib.
 
Lakin ali təbəqədə əhval-ruhiyyə daha da tutqundur. Nəşrlə söhbət edən bir neçə yüksək vəzifəli zabit anonimlik şərtilə cəbhə xəttinin bu yay Rusiyanın gözlənilən hücumu zamanı dağıla biləcəyi barədə tutqun proqnoz verib.
 
Daha pis olanı odur ki, onlar Ukraynanın özünün qətiyyətinin zəifləyəcəyindən ehtiyat etdiklərini ifadə edib, çünki silahlı qüvvələrdə döyüş ruhu döyüş sursatlarının qıtlığı səbəbindən sarsıla biıər.
 
Ölkə ekzistensial böhranla üzləşir, Putin sözün birbaşa mənasında  Ukraynanı dünya xəritəsindən silmək istəyir, buna baxmayaraq, səfərbərlik ideyası kifayət qədər ictimai dəstək qazanmayıb.
 
"Məsələnin mahiyyəti bundadır. Qərb zəruri olanları təklif edə bilməyib, bu isə öz növbəsində Ukraynanın zəruri olanları etmək istəyini sarsıdır".
 
Bu zaman Qərb sanksiyalara həddən artıq etibar edir və onların Putini tabe olmağa vadar edəcəyini güman edir. Həmçinin rusiyalıların itkilərin çox olması səbəbindən Putinin üzərinə gedəcəyi və ya onun Kremldə çevriliş nəticəsində deviriləcəyi ümidləri olub. Bunun əvəzinə Rusiya iqtisadiyyatı dayanıqlı olaraq qalıb, Putin isə öz hakimiyyətini möhkəmləndirib.
 
"Bu həqiqətdir ki, 2022-ci ildə hərbi müdaxilədən öncə Rusiya lideri özünün bacarıqsız kəşfiyyat rəhbərləri tərəfindən yanlış məlumatlandırılıb, güman edib ki, qısa müharibə tezliklə qələbə gətirəcək. Lakin Putin gözləməyi özünə rəva bilir.
 
Ötən ay o, daha altı il müddətində prezident postunda qalmaq imkanı əldə edib. O, dalan vəziyyətlə barışa bilər, əgər Ukrayna NATO və Avropa İttifaqından uzaqda qələbə ilə məğlybiyyət arasında ilişib qalarsa, bu yenə də Putin üçün qələbə demək olacaq", - nəşr hesab edir.
 
Ukraynada müharibə - fikirlər
 
"The Wall Street Journal" nəşrinin yazdığına görə, hazırda Ukraynada müharibə kritik dövrünü yaşayır və yaxın aylarda qarşıdurma qətiyyətlə Rusiyanın xeyrinə dəyişə bilər. Əgər Ukrayna bu il tab gətirə və öz qüvvələrini toparlaya  bilərsə, əkshücuma cəhd edə bilər.
 
Lakin Amerika yardımının gələcəyinin qeyri-müəyyənliyini və Avropa ölkələrinin Ukraynaya yardımını xeyli artırmaq iqtidarında olmadığını nəzərə alsaq, o zaman Ukraynanın müharibəni öz xeyrinə dəyişəcəyi perspektivləri dumanlı görünür.
 
"The New York Times" nəşrinin qeyd etdiyi kimi, Ukrayna qarşısında üç kritik təhlükə dayanıb, bu, döyüş sursatları qıtlığı, yaxşı hazırlıq keçmiş qoşunlar və hava hücumundan müdafiənin azalmasıdır.
 
Hazırda Rusiyanın öz hücumlarını gücləndirdiyi zaman bu problemlərin hər biri ayrılıqda digər həssas yerlərin təsirini gücləndirir və Rusiya qoşunlarının Ukrayna müdafiəsini yaracağı riskini artırır.
Seçilən
84
Mənbələr
Şərh ()
Bağla