AZ

“Neftçi”nin legioneri Rusiya klublarının diqqətində

“Neftçi”nin futbolçusu Reziuan Mirzov mövsüm sonu klubdan ayrıla bilər.

İdmanxeber.az-ın məlumatına görə, rusiyalı oyunçu ölkəsinin bir neçə komandasının maraq dairəsindədir. 30 yaşlı futbolçuya hansı klubdan təklif olduğu açıqlanmayıb.

Mirzovun “ağ-qaralar”la müqaviləsi yayda başa çatır. O, “Neftçi”nin heyətində keçirdiyi 23 rəsmi görüşdə yalnız bir dəfə məhsuldar ötürmə edə bilib.

 

Seçilən
95
Mənbələr
Şərh ()
Bağla