AZ

Gürcüstanda buğda istehsalı 6,5 faiz azalıb

Gürcüstanda

Tbilisi, 17 aprel, AZƏRTAC

Gürcüstanda ötən il 146,6 min ton buğda istehsal edilib, bu da 2022-ci illə müqayisədə 6,5 faiz azdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.

Bildirilir ki, Gürcüstanda 2019-cu ildə 100,6 min ton, 2020-ci ildə 102,4 min ton, 2021-ci ildə 135,9 min ton, 2022-ci ildə 156 min ton buğda istehsal olunub. Lakin 2023-cü ildə buğda istehsalının həcmi 6,5 faiz azalaraq 146,6 min ton təşkil edib. Ötən il ölkədə buğda əkini sahələri 56,7 min hektar, hər hektardan orta məhsuldarlıq isə 26 sentner olub.

Gürcüstan ildə 700-800 min ton buğda istehlak edir. Ölkəyə buğda əsasən Qazaxıstan, Ukrayna, ABŞ və Rusiyadan idxal olunur. Xaricdən alınan məhsulun 70 faizi Rusiyanın payına düşür.

Buğda idxalının həcminin artması fonunda Gürcüstanın bütün un dəyirmanları ilin birinci rübündə istehsalı dayandırıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

Seçilən
96
12
Mənbələr
Şərh ()
Bağla