AZ

Sülhməramlılar Xocalıdan da çıxıb? - Açıqlama

“Rusiya sülhməramlı kontingentinin Azərbaycan ərazilərini tamamilə tərk etməsi 2020-ci ilin sonunda imzalanan birgə bəynatda öz əksini tapıb. Biz daha əvvəllər də onların Azərbaycan ərazilərini tərk etdiyinin videogörüntüləri ilə tanış olmuşuq. Hesab edirəm ki, çoxlu sayda zirehli texnikanın Azərbaycandan çıxarılması Rusiyanın Ukrayna ərazilərində texnikaya olan tələbatıyla əlqədardır”.




Bunu Bakupost.az -a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Onun sözlərinə görə, Xudavəng monastrı və Xocalı hava limanında yerləşən rus kontingenti çox güman ki, ərazini tərk edib:

“Dəfələrlə Qarabağ və Şərqi Zəngəzur ərazilərinə səfərim olub. Bu səfərlər sonrası davamlı olaraq qeyd etmişəm ki, sülhməramlıların yerinə yetirə biləcəyi funksiyalar artıq mövcud deyil. Onlar əraziyə münaqişə tərəfləri arasında atəşkəs rejiminə nəzarət etmək üçün dəvət olunmuşdular. Lakin Azərbaycan antiterror əməliyyatı ilə ərazilərini erməni silahlılarından tamamilə təmizldi və artıq rus kontingentinin yerinə yetirə biləcəyi xüsusi bir funksiyalar qalmamışdı. Bu baxımdan onların Azərbaycandan getməsində qeyri-adi bir şey görmürəm".

Ekspert qeyd edib ki, böyük ehtimalla proses mərhələ-mərhələ davam edəcək və gələn ilin ortalarına qədər tamamlanacaq:

"Onu da qeyd edim ki, Xudavəng monastrı ətrafında bu qədər zirehli vasitə yox idi. Böyük ehtimalla Xocalı hava limanında yerləşən zirehli vasitələrin də bir hissəsi Azərbaycan ərazilərindən çıxarılıb".

Vasif Əlihüseyn
BakuPost
Seçilən
65
Mənbələr
Şərh ()
Bağla