AZ

Paşinyan anlayır ki, Türkiyəyə qarşı ərazi və “soyqırımı” iddialarından imtina etməlidirlər

Paşinyanın qondarma “erməni soyqırımı” iddiası ilə bağlı Ermənistanı qarışdıran yanaşması Türkiyə ilə münasibətlərin normallaşması, sərhədlərin açılması istəyindən qaynaqlanır. O anlayır ki, coğrafi reallıqlar fonunda Ermənistanın perspektivi bundan asılı olacaq. Bunun üçün Türkiyəyə qarşı ərazi və “soyqırımı” iddialarından imtina etməlidirlər.

Ankara və İrəvan danışıqlarında bu məsələ əsas müzakirə mövzularındandır. İstisna deyil ki, Türkiyə Ermənistanla münasibətlərin normallaşması üçün Azərbaycanın maraqlarının nəzərə alınması ilə yanaşı, iki məsələdə də israr edir:

- Mövcud konstitusiyanın dəyişdirilməsi: artıq bu məsələdə Ermənista hakimiyyəti tərəfindən gündəmə gətirilib;

- Qondarma “soyqırımı” iddialarına aydınlıq gətirmək və məsələni bağlamaq üçün arxivlərin açılması;

Ankaranın illərdir arxivlərin açılması ilə bağlı istəyi İrəvan tərəfindən qəbul edilməyib. Paşinyan hakimiyyəti bunu Türkiyənin istəyi ilə edərsə, təkcə erməni ictimai rəyində və diasporunda yox, “soyqırımı” məsələsindən Ankaraya qarşı istifadə edən ölkələrdə də narazılıq yaranacaq. Bu baxımdan, Paşinyan qondarma “soyqırımı” tabusunu ermənilərin şüurunda dəyişdirmək istəyir. Və “soyqırımı qurbanlarının” sayı, ad və soyadlarının dəqiqləşməsi təşəbbüsü də buna hesablanıb. Çünki ictimai müzakirələrin sonunda “həqiqəti” tapmaq üçün arxivlərə müraciət edilməlidir. Arxivlər açıldıqda 1915-ci il hadisələrinin ermənilərin iddia etdiyi kimi olmadığı ortaya çıxacaq.

Paşinyan buna nail olarsa erməniləri uydurma tarixdən xilas edə və yuxudan ayılda bilər. Lakin nail olacağı sual altındadır, çünki erməni ideologiyası və bu ideologiya ətrafında formalaşan diaspor belə iddialardan qidalanır. Buna görə Paşinyan ciddi təzyiqlərə məruz qalacaq.

Asif Nərimanlı

visiontv.az



Seçilən
29
44
Mənbələr
Şərh ()
Bağla