AZ

Bu gün vəfat edən Hadı Rəcəblinin varidatı – ŞOK SİYAHI / FOTO

Bu gün səhər saatlarında ürəktutmasından vəfat edən sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadi Rəcəbliyə və ailəsinə məxsus şirkətlərin siyahısı zaman-zaman mediada yayımlanıb.

Qlobal.net Globalinfo.az-a istinadla sözügedən siyahını təqdim edir:

1.“DNS” Komputers şirkəti ( 7 mağaza)

2.Nizami küçəsində brend geyimlər mağazası (2 mağaza)

3.Sahil metrosunun yaxınlığında 3 ticarət obyekti (arendaya verib)

4.“Lənkəran” şadlıq sarayı

5.Lənkəranda YDM (yanacaqdoldurma məntəqəsi)

6.“Palıdlı sahil” istirahət mərkəzi

7.Lənkəranda istirahət-sağlamlıq sanatoriyası

8.“Palıdlı” Hotel

9.Lənkəranda univermaq, 5 mağaza

10.Bakı şəhəri H.Cavid prospektində 2 mənzil

11.Badamdarda villa

12.Lənkəranda villa

13.Lənkəranda hektarlarla torpaq sahələri

14.Novxanıda villa

15.Qızı bağçalar şəbəkəsinin sahibidir

16.Oğlu Tural biznesini idarə edir

17.Digər oğlu Vüsal Rəcəbli “Həyat” Beynəlxalq Humanitar Təşkilatının prezidentidir, milyonlarla dotasiyaları öz cibinə doldurub

18.Banklarda milyonlarla sığortalı pul kütləsi, əmanət

19.Digər qızı klinika rəhbəridir (o da deputat gəlinidir)

20.Nizami küçəsində 4 otaqlı mənzil

21.MƏKAN KİÇİK MÜƏSSİSƏSİ – Təsisçisi Hadı Rəcəblinin həyat yoldaşı Mehriban Heybət qızı Rəcəblidir.

22.“MOSKOMMERS” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ – Təsisçisi Hadı Rəcəblinin oğlu Tural Rəcəblidir.

23.“KAVERSON” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ – Təsisçisi Hadı Rəcəblinin oğlu Tural Rəcəblidir.

24.“APTUST” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ – Təsisçisi Hadı Rəcəblinin bacısı Rübayəl Rəcəbova Musa qızıdır.

25.“ŞERİF-R” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ – Təsisçisi Hadı Rəcəblinin Lənkəran rayon Maliyyə İdarəsinin rəisi işləyən qardaşı İqbal Rəcəbovun oğlu Rüstəm Rəcəblidir.

26.“VERAVUL” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ – Təsisçisi Hadı Rəcəblinin qardaşı Xəzail Rəcəbovun oğlu Rüstəm Rəcəbovdur.






Ətraflı

Sosial mediada paylaş

Taksilərlə bağlı BİLDİRİŞ: 2000-2008-ci illərin avtomobilləri də fəaliyyət göstərə biləcək? – FOTO  

taksilerle-bagli-bildiris-2000-2008-ci-illerin-avtomobilleri-de-fealiyyet-gostere-bilecek-fotonbspnbsp-171333848617.04.2024-11:29||

Xəbər verdiyimiz kimi, Nazirlər Kabinetinin yeni qərarına əsasən iyulun 1-dən Azərbaycanda istehsal tarixi 15 ildən çox olan avtomobillər taksi fəaliyyəti göstərə bilməyəcəklər. Bununla bərabər, həmin tarixdən etibarən taksi fəaliyyətinə başlamaq istəyənlərin avtomobillərinin istehsal tarixi 8 ildən çox olmamalıdır.

Qərarın tarixi iyulun 1-i nəzərdə tutulsa da, dünəndən etibarən bəzi taksi şirkətləri sürücülərə bildirişlər göndərməyə başlayıb. Bundan əlavə, ismarıcda 2000-ci ildən köhnə istehsal olunmuş avtomobillər nəzərdə tutulub, bu məsələnin özü də çaşğınlıq yaradıb.

Referans.az xəbər verir ki, sürücülər bu məsələ ilə bağlı Bizim.Media-ya müraciət ediblər.
 

Bildirişdə qeyd olunur:

“Hörmətli sürücülər, 15 aprel 2024-cü il saat 18:30-dan etibarən 2000-ci ildən köhnə istehsal olunmuş avtomobillərin işini dayandırmaq məcburiyyətindəyik.

Əməyinizə görə təşəkkür edirik və hamınıza uğurlar arzulayırıq!”

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib ki, bu məlumat AYNA tərəfindən yayılmayıb və qurumla əlaqəsi yoxdur:

“Yeni qaydalara əsasən, taksi minik avtomobili vasitəsilə sərnişindaşımalarla məşğul olmaq istəyən hüquqi şəxslər və fərdi sahibkarlar müvafiq icazələr əsasında fəaliyyət göstərməlidirlər. Bunun üçün buraxılış vəsiqəsi və buraxılış kartı alınmalıdır. 

Taksi sifarişi operatorları sözügedən icazəsi olmayan taksi minik avtomobilinin sürücüsünə sifariş ötürə bilməzlər. Bunu edən taksi operatorları İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimələnəcəklər.

İstehsal tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri kimi istifadə edilə bilməz. Bu, qanunvericilikdə əvvəl də var idi, indi də dəyişməyib. Taksi fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq tələbləri ödəyən sürücülər 2024-cü ilin iyul ayının 1-nə qədər AYNA-ya müraciət edərək buraxılış ilindən 15 il keçməyən nəqliyyat vasitələrinə buraxılış kartı ala bilərlər. 

Məsələn, avtomobilin yaşı 14 ildirsə, 1 il fəaliyyət göstərə biləcək, daha sonra onun fəaliyyətinə qanunla icazə verilməyəcək. Əgər iyul ayın 1-ə qədər müraciət etməsələr, daha sonrakı tarixdə bu kartları ala bilməyəcəklər. 

2024-cü ilin iyul ayının 1-dən sonra buraxılış kartı almaq üçün təqdim edilən avtomobillər - buraxılış ilindən 8 il keçməyən avtomobillər olmalıdır. 

İyulun 1-dən sonra isə yaşı 8-dən yuxarı olmayanlar buraxılış kartı üçün müraciət edə bilməyəcəklər. Yəni 9, 10 və daha çox yaşı olanların müraciəti mümkün olmayacaq. 

Rəng məsələsi isə iyulun 1-dən etibarən ölkəyə gətirilən və ölkədə istehsal olunan maşınlara şamil olunur. Bu zaman taksilərin rənginin ağ və qırmızı olması şərtdir”.




Sosial mediada paylaş

FooterBütün hüquqlar qorunur - 2024
Seçilən
3464
Mənbələr
Şərh ()
Bağla