AZ

"Barselona"nın 17 yaşlı ulduzu ÇL-də rekorda imza atdı

"Barselona"nın gənc ulduzu Lamin Yamal rekorda imza atıb.

BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, o buna Çempionlar Liqasının 1/4 final mərhələsininin cavab oyunu zamanı nail olub.

Buna səbəb İspaniya "Barselona"sı və Fransa PSJ-sinin qarşılaşdığı görüşdə Yamalın kataloniyalıların yeganə qolunu vuran braziliyalı cinah oyunçusu Rafinyaya ötürməsi olub.

Beləliklə, o, tarixdə Çempionlar Liqasının pley-off matçında assist edən ən gənc oyunçu olub. Lamin bunu 16 yaş 278 günlüyündə reallaşdırıb.

Qeyd edək ki, görüş PSJ "Barselona"nı 4:1 (ümumi 6:4) hesabı ilə məğlub edib. Kataloniya komandası Çempionlar Liqasının yarımfinalına yüksələ bilməyib, turniri tərk edib.

Xatırladaq ki, PSJ Çempionlar Liqasının yarımfinalında iki 1/4 final matçının nəticəsinə əsasən Madrid "Atletiko"sunu keçən "Borussiya Dortmund"la qarşılaşacaq.

Seçilən
47
50
Mənbələr
Şərh ()
Bağla