AZ

Təbrizdə məcburi hicab qaydaları ilə bağlı tədbirlər artırıldı

Təbrizin müxtəlif bölgələrində, xüsusilə mərkəzi küçə və meydanlarda "Əxlaq polis"nin patrullarının sayı artırılıb.

Bu barədə yerli sosial media fəalları məlumat və videolar yayıblar.

Nəcburi hicab qaydalarını tam riayət etməyən xanımlara qarşı zorakılıq edildiyi, kimlikləri alınaraq qeydiyyat aparıldığı bildirilib.

Xüsusilə böyük alış-veriş mərkəzlərində nəzarət və təzyiqlərin daha çox olduğu bildirilir.

Qeyd edək ki, aprelin 13-dən ba.da Tehran olmaqla İranın bir neçə şəhərində məcburi hicab qaydaları ilə bağlı tədbirlər gücləndirilib.

Bu, bir müddət əvvəl isə Əli Xaməneinin məcburi hicab qaydalarının tətbiqi ilə bağlı çağırışından sonraya təsadüf edir.

"Biz heç vaxt hicab məsələsində güzəşt etməmişik, hicab bizim əsas prinsiplərimizdən biridir",- Xamənei bildirmişdi.

visiontv.az



Seçilən
45
2
Mənbələr
Şərh ()
Bağla