AZ

Rusiyada çayla axan iri buz parçaları körpünü uçurdu - FOTO/VİDEO

Rusiyanın Xabarovsk diyarında Sutır çayında yaranan buz axını nəticəsində körpü dağılıb.

Hadisə Verxnebureinski rayonunun Tırma qəsəbəsində baş verib.

Çay boyu hərəkət edən böyük buz parçaları qəsəbənin iki sahilini birləşdirən taxta konstruksiyanı dağıdıb və körpü uçaraq çay axınına qarışıb.

Nəticədə üçü uşaq olmaqla 20 nəfər təcrid olunmuş vəziyyətdə qalıb. Axın nəticəsində altı ev su altında qalıb və dörd yolu su basıb.
Yerli sakinlər müvəqqəti yaşayış mərkəzlərinə yerləşdiriliblər. Vertolyotla bölgəyə gələn xilasedicilər qrupu suyun geri çəkilməsi və evlərin qurudulması ilə məşğul olacaq.
 


 

Mənbə: "Amur Mash” "Telegram”

Seçilən
73
2
Mənbələr
Şərh ()
Bağla