AZ

Ögey övladlarını ac saxlayıb hər gün döydü

Rusiyanın Petropavlovsk-Kamçatski şəhər sakini yetkinlik yaşına çatmayan ögey övladlarına işgəncə verib.

Lent.az yerli mediaya istinadla bildirir ki, istintaqın məlumatına görə, Petropavlovsk-Kamçatski şəhərinin 44 yaşlı sakini 9 və 10 yaşlı iki oğlunu böyüdən qadınla yaşayıb. Ata mütəmadi olaraq ögey övladlarını yumruq-təpiklə, qamçı və gicəlləndirici tapança ilə döyüb, ac saxlayıb, yerdə yatmağa məcbur edib və həddindən artıq fiziki məşqlərlə onları yorub.

Kişi ən kiçik səhvə görə oğlanları eyvana kilidləyib və onları bir-birini döyməyə məcbur edib. Ailədə baş verənlər məlum olanda ögey ata nəzarətə götürülüb və onu uzun müddət həbs gözləyir. Məktəblilərin anasına qarşı da cinayət işi açılıb.

Seçilən
76
3
Mənbələr
Şərh ()
Bağla