AZ

Deputat açıqladı: Bu il parlament seçkiləri olacaq!

“Hüquqi baxımdan seçkilərin keçirilməməsi üçün sadəcə 1 əsas var, o da hərbi vəziyyətin elan olunmasıdır. Bunu da elan etmək üçün heç bir əsas yoxdur. Ona görə də bu il parlament seçkiləri olacaq”. 

Yenisabah.az xəbər verir ki, bu sözləri millət vəkili Erkin Qədirli TV Müsavat-ın efirində qonaq olarkən deyib. Deputat bu il ərzində seçkilərin keçirilməməsi ilə bağlı heç bir səbəbin olmadığını qeyd edib. 

Erkin Qədirli noyabrda baş tutacaq COP29 tədbirinin seçkilərlə üst-üstə düşməsinə də münasibət bildirib:

“COP29 bu mövzuda əlavə rahatsızlıq yaradır. Vaxtilə bizim konstitusiyanı hazırlanan zaman konstitiusiya hüququnda növbədənkənar seçki institutu olmayıb. Amma 2016-cı ildə konstitusiyaya edilən dəyişikliklə bağlı keçirilən referendumda bununla bağlı düzəliş edildi. Ancaq növbədənkənar parlament seçkilərindən sonra parlamentin səlahiyyət müddətinin necə hesablanması açıq sual kimi qaldı. Növbəti seçkinin 2025-ci ilin fevralında keçirilməsi bir neçə səbəbdən yanlışdır. Bu səlahiyyətlərin 6-cı ilə keçməsi anlamına gəlir. Seçkilərin vaxtı ilə bağlı məndə dəqiq məlumat yoxdur, ancaq düşünürəm ki, bu mütləq noyabrdan tez olmalıdır”. 

Qeyd edək ki, konstitusiyaya əsasən, Azərbaycanda parlament seçkiləri hər 5 ildən bir noyabr ayının birinci bazar günündə keçirilməlidir. 

Nazim Hacıyev 


Telegram kanalımız
Seçilən
96
18
Mənbələr
Şərh ()
Bağla