AZ

Cənubi Koreya Şimali Koreya ilə sərhəddə təlim keçirib

Yonhap xəbər verir ki, Cənubi Koreya ordusu dəniz piyadalarının iştirakı ilə hərbi təlim keçirildiyini açıqlayıb.

Şimali Koreya ilə sərhəddə yerləşən Çeorvon bölgəsində keçirilən artilleriya təliminin məqsədi quru və dəniz qüvvələri arasında əməkdaşlığı gücləndirmək olub.

Təxminən 450 əsgərin iştirakı ilə keçirilən təlimin “Şimali Koreya təhdidinə qarşı çəkindiriciliyi artırmaq üçün” təşkil edildiyi bildirilib.

Seçilən
73
2
Mənbələr
Şərh ()
Bağla