AZ

ABŞ Yaxın Şərqdə hava hücumundan müdafiə və raket əleyhinə sistemlərini qurur

ABŞ İranın İsrailə zərbə endirməsindən sonra Yaxın Şərqdə raketdən müdafiə və hava hücumundan müdafiə sistemlərini genişləndirmək və gücləndirmək üzərində işləyir.

Vətəninfo.az-ın  məlumatına görə , bu barədə aprelin 16-da Ağ Evin mətbuat xidməti tərəfindən yayılan ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivanın bəyanatında deyilir.

ABŞ Mərkəzi Komandanlığının Yaxın Şərqdə uğurla inteqrasiya olunmuş hava və raketdən müdafiə sistemlərini, həmçinin İran raket və pilotsuz təyyarələrinin effektivliyini azaltmaq üçün erkən xəbərdarlıq sistemlərini daha da gücləndirmək və genişləndirmək üçün çalışdığı bildirilir.

Seçilən
47
Mənbələr
Şərh ()
Bağla