AZ

Hər şagirdin istedadını üzə çıxarmağı bacarmalıyıq - Nazir

"Keçmişə nəzərən istedadlı şagirdlərin sayı artıb".

 

AzEdu.az xəbər verir ki, bunu Elm və Təhsil Naziri Emin Əmrullayev "Sabahın alimləri" XIII Respublika Müsabiqəsinin rəsmi açılış mərasimində çıxışı zaman deyib.

 

Nazir qeyd edib ki, əvvəllər bu qədər çox şagird xaricin aparıcı universitetlərinə qəbul oluna bilmirdi:

 

"Şagirdlərin biliyini ölçdüyümüz meyarları nəzərə almalıyıq. Hər bir şagirdin mütləq ki istedadı var və məktəb bunu üzə çıxarmağı bacarmalıdır. Bizi düşündürən məsələlərdən biri də həmin savadlı şagirdləri tapıb müəyyənləşdirməkdir. Hətta planımızda var ki, şagirdləri istedadlarına görə müəyyənləşdirmək üçün müvafiq istiqamətdə addımlar ataq".  - deyə nazir əlavə edib.

Seçilən
39
1
Mənbələr
Şərh ()
Bağla