AZ

Paşinyan Qazaxla sərhədə gəlib

Bakı. Trend:

Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş vilayətininVoskepar (Əskipara) kəndinin sakinləri ilə görüşüb.

Trend erməniKİV-ə istinadən xəbər verir ki, bu barədə Paşinyan özünün sosialşəbəkə hesabında məlumat paylaşıb.

"Bu gün Voskepara getdim, orada sakinlərlə görüşdüm", - Paşinyanyazıb.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan bundanəvvəl Tavuş sakinləri ilə görüşdə İrəvan Bakı ilə delimitasiya vədemarkasiya məsələlərinin müzakirəsindən danışıb.

"Hazırda bu zaldan çıxıb getmək və heç bir delimitasiya vədemarkasiyanın olmayacağını demək olar, lakin bu, o deməkdir ki,həftənin sonunda müharibə olacaq. Mən bu müharibənin sonundanələrin olacağını da bilirəm. Sonra biz Respublika meydanındagörüşəndə siz deyəcəksiniz: "Yaxşı, biz sadə kəndlilər idik, bizimməlumatımız yox idi, axı siz hər şeyi bilirdiniz", - Paşinyandeyib.

Xatırladaq ki, hələ 90-cı illərin əvvəllərində ermənilərAzərbaycan ərazisində yeddi kəndi işğal edib. Onlardan 4-ü - BğanisAyrım, Aşağı Əskipara, Xeyrimli və Qızılağaclı bilavasitə Qazaxrayonu ərazisindədir.

Daha üç kənd - Yuxarı Əskipara, Sofulu və Bərhudarlı Ermənistanəraziləri ilə əhatə olunmuş anklavlardır. Daha bir anklavErmənistanın Naxçıvanla sərhədində yerləşən Kərki kəndidir.

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Seçilən
113
24
Mənbələr
Şərh ()
Bağla