AZ

Lissabonda Azərbaycanın diplomatik ofisi açılacaq

Bakı. Trend:

Azərbaycanın iqamətgahı Vatikan şəhərində olmaqla MüqəddəsTaxt-Tacdakı və Portuqaliyadakı səfiri İlqar Muxtarovetimadnaməsini Portuqaliya Prezidenti Marselo Rebelo de Sousayatəqdim edib.

Trend xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevinsalamlarını Marselo Rebelo de Sousaya çatdıran səfir, eyni zamanda,ölkəmizin Portuqaliya ilə ikitərəfli münasibətlərə xüsusi önəmverdiyini, tezliklə Lissabon şəhərində səfirliyimizin diplomatikofisinin açılmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Marselo Rebelo de Sousa öz növbəsində onun da salamlarınıAzərbaycan Prezidentinə çatdırmağı xahiş edib və tezliklədövlətimizin başçısı ilə görüşməkdən məmnun olacağını bildirib.

Etimadnamənin təqdimetmə mərasimi XVI əsrə aid qədim kral sarayıolan və Portuqaliya Prezidentinin rəsmi iqamətgahı kimi fəaliyyətgöstərən tarixi Belem sarayında keçirilib.

Seçilən
53
4
Mənbələr
Şərh ()
Bağla