AZ

ABŞ-dən Qəzzaya növbəti yardım

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) dünən havadan əməliyyatla Qəzzanın şimalına ərzaq yardımı çatdırıb.

Bakupost.az xəbər verir ki, CENTCOM-dan verilən açıqlamada, “ABŞ Mərkəzi Komandanlığı, davam edən qarşıdurmadan zərər çəkmiş mülki şəxslərə əsas yardım göstərmək üçün 16 aprel 2024-cü il tarixində saat 11:57-də Qəzzanın şimalına havadan humanitar yardım əməliyyatı həyata keçirdi. Birgə əməliyyatda ABŞ Hərbi Hava Qüvvələrinə məxsus iki C-130 təyyarəsi və ABŞ humanitar yüklərinin havadan çatdırılması üzrə ixtisaslaşmış ABŞ ordusunun əsgərləri iştirak edib. ABŞ C-130-ları, böyük ehtiyacı olan Qəzzanın şimalına təxminən 25,300 yeməyə bərabər qida paketləri ataraq, mülki əhalinin kritik yardıma çıxışını təmin etdi”, - deyə bildirilir.

CENTCOM əvvəlki hava əməliyyatını aprelin 11-də təşkil edib. Aprelin 14-də İranın PUA və raketlərlə İsrailə hücumundan sonra hava yardımı əməliyyatları dayandırılıb.

Elnur
BakuPost

Seçilən
74
2
Mənbələr
Şərh ()
Bağla